“Barsa” ona müştəri tapdı: Bu qiymətə satır
“Barselona”nın 23 yaşlı hücumçusu Pau Viktor Portuqaliyanın “Braqa” klubuna keçməyə yaxındır.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbəyə görə, bu transfer Kataloniya klubuna 12 milyon avro qazandıracaq.
Hücumçu 2024-cü ilin yayında “Jirona”dan “Barselona”ya keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 29 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Futbolçunun əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 4 milyon avrodur.
Aut.az
