2025-ci ildə ən çox qazanan 10 futbolçu
“Forbes” jurnalı 2025-ci ilin ən çox qazanan futbolçularının adlarını açıqlayıb.
Aut.az xəbər verir ki, nəşrin versiyasına görə, “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo birinci olub. Hesablamalara əsasən, o, 280 milyon dollar qazanacaq. Bu məbləğə təkcə maaş deyil, həm də kluby vasitəsilə imzalanan kommersiya sazişlərindən gələn bonuslar daxildir. Bundan əlavə, ulduz futbolçu tərəfdaşlıq müqavilələrindən 50 milyon dollar gəlir əldə edəcək.
İkinci pillədə “İnter Mayami”nin argentinalı forvardı Lionel Messi qərarlaşıb. Onun qazancı isə 130 milyon dollar təşkil edəcək.
“Forbes”in versiyasına görə, 2025-ci ilin ən çox qazanan futbolçuları:
1. Kriştiano Ronaldo (Portuqaliya, “Əl-Nəsr”) – 280 milyon dollar
2. Lionel Messi (Argentina, “İnter Mayami”) – 130 milyon dollar
3. Kərim Benzema (Fransa, “Əl-İttihad”) – 104 milyon dollar
4. Kilian Mbappe (Fransa, “Real”) – 95 milyon dollar
5. Erlinq Haaland (Norveç, “Mançester Siti”) – 80 milyon dollar
6. Vinisius (Braziliya, “Real”) – 60 milyon dollar
7. Məhəmməd Salah (Misir, “Liverpul”) – 55 milyon dollar
8. Sadio Mane (Seneqal, “Əl-Nəsr”) – 54 milyon dollar
9. Cud Bellingem (İngiltərə, “Real”) – 44 milyon dollar
10. Lamin Yamal (İspaniya, “Barselona”) – 43 milyon dollar
Aut.az
