Dünya futbolu

Onu tənqid edirlərsə, qalanlarını təsəvvür edin – Ronaldo kimi deyir?

Ronaldo Portuqaliya yığmasının baş məşqçisi Martines haqda danışıb.

Aut.az xəbər verir ki, Kriştiano mütəxəssis haqqında yüksək fikirlər səsləndirib.

-Almaniya üzərində qələbədən sonra komandanın məşqçiyə 100 faiz güvəndiyini hiss edirsinizmi və məşqçinin işini şübhə altına alan bəzi xəbərləri komanda necə qarşılayır?

– Komanda finala yüksəlibsə, deməli, o, böyük iş görüb. Portuqaliya ilə təsirli nəticələr əldə edən şəxslə bağlı sual məni bir az narahat edir, amma başa düşürəm. Finala çıxan məşqçini tənqid edirlərsə, qalanını təsəvvür edin.

Son zamanlar eşitdiklərim… Məncə bu məsələdə bəzi insanlarda hörmət yoxdur. Məşqçi əla iş görüb, qalib gələndə də həmişə tənqidlər olur. Bu, futbolun bir parçasıdır – ictimai rəy, öz fikirlərini evdə ifadə edən tutuquşular var.

Məşqçinin işindən çox razıyıq. Başqa ölkədən gəlib, bizim dildə danışır, himnimizi oxuyur. Mən onun gündəlik işə olan həvəsini yüksək qiymətləndirirəm. Əsas nəticələrdir və onlar çox yaxşıdır. Finalda qalib gəlsək də, gəlməsək də  həmişə mübahisələr olacaq, amma mənim üçün bu mübahisələrin mənası yoxdur.

Millətlər Liqasının finalında Portuqaliya və İspaniya milliləri qarşılaşacaq.

Aut.az