Dünya futbolu

Azərbaycanla oyundan sonra onu hədəf aldı: Müdafiədə bacarıqsızdır

Kiyev “Dinamo”sunun sabiq hücumçusu Viktor Leonenko DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla oyunundan sonra Donetsk “Şaxtyor”unu və Ukrayna millisinin müdafiəçisi Yefim Konoplyanı tənqid edib.

Aut.az xəbər verir ki, onun sözlərini “Sport-express.ua” yayıb.

Leonenko həm də hesab edir ki, millinin kapitanı Nikolay Matvienko ciddi şəkildə geriləyib.

“Konoplya həmişə öz səviyyəsindən aşağı oynayır, hətta qol vursa da. Yenə deyirəm – müdafiədə tamamilə bacarıqsızdır. Qəribədir ki, Rebrov bunu görmür. Məsləhət vermək istəmirəm, amma Mixaylıçenkonu sağ cinahda oturdurardım. Millinin kapitanı da bəzən təəccübləndirir. Matviyenko, həqiqətən də, çox zəif görünürdü. Son vaxtlar onu bəyənmirəm”, – Leonenko bildirib.

Xatırladaq ki, DÇ-2026-nın seçmə mərhələsinin IV turu çərçivəsində keçirilən Ukrayna – Azərbaycan oyunu “mavi-sarılar”ın 2:1 hesablı çətin qələbəsi ilə yekunlaşıb.

Aut.az