Mərc etməyə hazırdır: Zidan millini heç vaxt çalışdırmayacaq
PSJ-nin keçmiş futbolçusu Jan-Mişel Larket hesab edir ki, Zinəddin Zidan heç vaxt Fransa millisinə rəhbərlik etməyəcək.
Aut.az xəbər verir ki, Larke mütəxəssisin bu çağırışla maraqlanmayacağına inanır. O, həmçinin Zidanın millinin baş məşqçisi kimi Didye Deşamın nəticələrini üstələyə biləcəyinə də şübhə edir.
“Mən mərc etməyə hazıram ki, Zinəddin Zidan heç vaxt Fransa millisinə rəhbərlik etməyəcək. Bu mənim daxili hisslərimdir. Məncə, milli onu maraqlandırmır.
Üstəlik, Zidanın Deşamdan daha yaxşı iş görəcəyinə əmin deyiləm. Fransa millisi daha çox şeyə nail ola bilər, lakin son 12 ildə millimiz ən yüksək səviyyədədir”, – deyə “RMC Sport” internet portalı Larkenin sözlərindən sitat gətirib.
Aut.az
