“Qaçaq futbolçu” taleyi ilə barışdı: Məhkəmə qarşısına çıxır
“Spartak”ın keçmiş hücumçusu , hazırda “Dubai United”da çıxış edən Kvinsi Promes məhkəmədə ifadə vermək üçün Niderlanda qayıda bilər.
Aut.az xəbər verir ki, bu barədə “De Telegraaf” məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçunun yeni vəkili Cem Polat Promesin həbs olunmamaq şərtilə Niderlanda uça bilməsi üçün işin dayandırılması barədə vəsatət verəcək. Qeyd olunur ki, futbolçu apelyasiya prosesi zamanı karyerasını davam etdirmək üçün sərbəst hərəkət etmək istəyir. Promes, həmçinin məhkəmə ilə tam əməkdaşlıq edəcəyini və qərar verilərsə, həbs cəzasını çəkəcəyini vəd edir.
Xatırladaq ki, Amsterdam məhkəməsi “Spartak”ın sabiq futbolçusunu narkotik qaçaqmalçılığının təşkili ilə bağlı qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edib. Futbolçu əmisi oğluna bıçaqla hücum etdiyi üçün də 1,5 il müddətinə azadlıqdan məhrum edilib. Futbolçunun tərəfi apellyasiya şikayəti verib.
Aut.az
