Hazırda DÇ-nin ən yaxşı futbolçusu: Əfsanə yerlipərəstlik etdi
Braziliya millisinin sabiq futbolçusu Romario Vinisius Juniorun dünya çempionatındakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, “Lance” Romariodan sitat gətirib:
“Bu gün mənim üçün Vinisius Junior Dünya Kubokunun ən yaxşı oyunçusudur”.
Dünya Kubokunda qrup mərhələsinin açılış matçında Vinisius Mərakeşə qol vuraraq komandasına 1-1 hesablı heç-heçə qazandırdı. Mundialın ikinci matçında Haiti ilə oyunda da fərqləndi və Braziliya 3-0 hesablı qələbə qazandı.
Xatırladaq ki, Braziliyanın Dünya Kubokundakı növbəti oyunu Şotlandiyaya qarşı olacaq. Oyun iyunun 25-də keçiriləcək.
Aut.az
