Futbol tarixini dəyişdirən adam – Messinin doğum gününü belə təbrik etdilər
Argentina milli komandasının mətbuat xidməti rəsmi saytında məqalə dərc edərək Lionel Messini 39-cu doğum günü münasibətilə təbrik edib.
Aut.az xəbər verir ki, məqalə müəllifləri belə başlıq seçiblər: “Dünya futbolunun tarixini dəyişdirən adam”.
Məqalədə deyilir: “Argentina Futbol Assosiasiyası, dünya futbolu tarixində həlledici fəsillər yazmağa davam edən və hazırda Dünya Kubokunda aparıcı rol oynayan Argentina milli komandasının kapitanı, bayraqdarı və emblemi Lionel Andres Messini 39-cu doğum günü münasibətilə təbrik edir”.
Müəlliflər həmçinin Messinin karyerasında baş verən bütün əhəmiyyətli futbol hadisələrini və qazandığı bütün kubokları sadalayıblar.
“Barselona” (35):
2005: La Liqa, İspaniya Super Kuboku
2006: La Liqa, İspaniya Super Kuboku, Çempionlar Liqası
2009: La Liqa, Kral Kuboku, İspaniya Super Kuboku, Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klublararası Dünya Kuboku
2010: La Liqa, İspaniya Super Kuboku
2011: La Liqa, İspaniya Super Kuboku, Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klublararası Dünya Kuboku
2012: İspaniya Kuboku
2013: La Liqa, İspaniya Super Kuboku
2015: La Liqa, Kral Kuboku, Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klublararası Dünya Kuboku
2016: La Liqa, İspaniya Kuboku, İspaniya Super Kuboku
2017: İspaniya Kuboku
2018: La Liqa, İspaniya Kuboku, İspaniya Super Kuboku
2019: La Liqa
2021: İspaniya Kuboku
PSJ (3):
2022: Liqa 1, Fransa Super Kuboku
2023: Liqa 1
“İnter Mayami” (3):
2023: Liqa Kuboku
2024: Tərəfdarların Qalxanı
2025: MLS Kuboku
Argentina milli komandası (6):
2005: Dünya Çempionatı (U-20)
2008: Olimpiya çempionu
2021: Amerika Kuboku
2022: Finalissima, Dünya Çempionatı
2024: Amerika Kuboku.
Aut.az
