Rəqib futbolçu ilə mübahisə ona baha başa gəldi
“Sent-Etyen”in hücumçusu İbrahim Sissoko Fransa Kuboku matçında “Marsel”in müdafiəçisi Leonardo Balerdi ilə münaqişəyə görə (0:4) 7 oyunluq diskvalifikasiya edilib.
Aut.az xəbər verir ki, 29 yaşlı malili matçın 21-ci dəqiqəsində “Marsel”in futbolçusunu münaqişəyə sövq etdiyi üçün qırmızı vərəqə alıb. Daha sonra Liqa 1-in Nizam-İntizam komitəsi Sissokonun əvvəlcə 5, daha sonra əlavə 2 oyunluq cəzalandırılması barədə qərar qəbul edib.
Qeyd edək ki, forvard 2023-cü ilin iyul ayından “Sent-Etyen”də çıxış edir. Bu mövsüm bütün turnirlərdə 16 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
