“Çelsi”nin onunla bağlı başqa variant yoxdur
Dekabrın 17-də “Çelsi”nin ukraynalı vingeri Mixail Mudrikin dopinq testindən müsbət keçdiyi məlum oldu.
Aut.az xəbər verir ki, Britaniyanın məşhur “The Standard” nəşrinin ekspertləri bildiriblər ki, “Çelsi”nin ukraynalını heyətdə saxlamaqdan savayı variantı yoxdur.
“Artıq yanvar ayında onun gələcəyi böyük şübhə altında ola bilərdi, lakin uğursuz dopinq testi bu prosesi dayandırdı.
İndi klub B nümunəsinin nəticələrini gözləyir. “Çelsi”nin yanvar transfer pəncərəsi üçün Mudriki heyətində saxlamaqdan başqa çarəsi yoxdur”, – deyə “The Standard” yazır.
2024/25 mövsümündə Mixail Mudrik klub səviyyəsində 15 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.
Aut.az
