Ölüm səbəbi bilindi: Qocalar evində yıxılıb və…
“Mançester Yunayted”in və İngiltərə millisinin əfsanəsi Ser Bobbi Çarlton qocalar evində yıxıldıqdan 5 gün sonra vəfat edib.
Aut.az xəbər verir ki, bu, araşdırma zamanı məlum olub.
Çərşənbə günü Uorrinqtondakı Çester Koroner Məhkəməsində 86 yaşlı 1966-cı il dünya çempionunun ölümü ilə bağlı dinləmə başlayıb. Dinləmə protokoluna görə, cənab Çarlton oktyabrın 16-da yıxıldıqdan sonra qabırğaları sınıb və Macclesfield Xəstəxanasına yerləşdirilib.
“The Willows” qayğı evində həkimlər tərəfindən qiymətləndirildikdən sonra o, xəstəxanaya aparıldı.
Ser Bobbi Çarlton 21 oktyabr 2023-cü ildə vəfat edib. Ölüm səbəbləri “Altsqeymer xəstəliyinə bağlı yıxılma və demans” kimi göstərilib.
Aut.az
