İstirahət yoxdur: Mövsüm bitəndən 3 gün sonra bu qitəyə gedəcəklər
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümü başa çatdıqdan üç gün sonra Asiyaya yola düşəcək.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” iki qarşılaşmada iştirak edəcək. Hər iki oyun Cənub-Şərqi Asiya Ulduzları komandasına qarşı olacaq.
Görüşlər Kuala Lumpur və Honkonqda baş tutacaq. Mankunianlılar təxminən 10 milyon avro qazanacaq.
İki qarşılaşmadan birincisinin mayın 28-də keçiriləcəyi vurğulanır. Mayın 25-də İngiltərə çempionatının 38-ci turu çərçivəsində “Mançester Yunayted” “Aston Villa” ilə qarşılaşacaq.
Aut.az
