“Bavariya” Noyerin xələfini axtarır: 2 namizəd var
“Bavariya” Manuel Noyerin xələfini axtarmağa davam edir.
Aut.az xəbər verir ki, Münhen klubu “Brayton”un qapıçısı Bart Verbruqqen və “Parma”dan Sion Suzuki ilə maraqlanır. Bu barədə “Bild” məlumat yayıb.
38 yaşlı Noyerin “Bavariya” ilə bu mövsümün sonuna qədər müqaviləsi var. Almaniyalı əfsanənin 2026-cı ilə qədər yeni sözləşmə imzalayacağı bildirilir.
Aut.az
