Dünya futbolu

Bu tarixdə məhkəmədir: Superliqanın taleyi bəlli olacaq

Dekabrın 21-də Avropa İttifaqının Ədalət Məhkəməsi Avropa Superliqasının təşkilatçılarının Avropa Futbol Assosiasiyaları İttifaqına ( UEFA ) qarşı iddiası ilə bağlı qərar verəcək.

Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb. Avropa İttifaqının Ədalət Məhkəməsi bu gün UEFA-nın Avropa futbolunda inhisarından sui-istifadə edib-etmədiyini və ya qurumun Superliqa kimi turnirlər yaratmağa çalışan klubları cəzalandırmaq hüququna malik olub-olmadığını açıqlayacaq.

2021-ci ildə 12 klub Superliqanın yaradılmasını elan edib. Amma UEFA-nın hədəsindən sonra “Barselona” və “Real” istisna olmaqla, onun bütün təsisçiləri layihəni tərk etdilər. Avropa İttifaqının Ədalət Məhkəməsinin baş vəkili Atanasios Rantos əvvəlki hesabatında UEFA və Beynəlxalq Futbol Federasiyasının (FİFA) öz mövqelərindən sui-istifadə etmədiyi və Super Liqada iştirak edən klublara qarşı sanksiya tətbiq etmək hüququna malik olduğuna dair qərar verib. Qeyd olunur ki, əksər hallarda bu cür hesabat məhkəmənin yekun qərarı ilə üst-üstə düşür.

Aut.az