Açıqladı: Messi DÇ-2026-da oynayacaq?
Argentina millisinin və “İnter Mayami”nin futbolçusu Lionel Messi hər kəsi maraqlandıran suala cavab verib.
Aut.az xəbər verir ki, 36 yaşlı superulduz 2026-cı ildə keçiriləcək dünya çempionatında (DÇ-2026) iştirak edib-etməyəcəyinə aydınlıq gətirib:
“Növbəti dünya çempionatında oynayacağımı bilmirəm . İndi bu barədə düşünmürəm, çünki turnirin başlaması hələ çox var, Amerika Kuboku haqqında fikirləşirəm. Məqsədim ABŞ-də keçiriləcək turnirdə oynamaqdır. Biz artıq bu ölkədə (2016-cı ildə) keçirilən Amerika Kubokunda oynamışıq. Bu, əla idi. Finalda məğlub olsaq da, turnirdən həzz aldıq.
Amerika Kubokundan sonra görəcəyik, hər şey mənim durumumdan asılı olacaq. İllər keçdikcə mən özümü necə hiss etdiyimi biləcəm. MLS-dəki matçlarda fərqli sürətlər var. DÇ-2026- nın başlamasına hələ üç il qalıb. Ona görə də vəziyyətimi izləməliyik”.
Qeyd edək ki, Messi Argentina millisi ilə 2022-ci ildə keçirilən dünya çempionatının qalibi olub.
