Dünya futbolu

Ronaldo daha bir ulduzu yanına aparır

“Mançester Yunayted”in futbolçusu Rafael Varan karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə “TeamTalk” nəşri məlumat yayıb.

“Əl-Nəsr” başda olmaqla bir neçə klub 30 yaşlı müdafiəçi üçün mübarizə aparır. Fransalı oyunçunun keçidi elə qış tranfer pəncərəsində reallaşa bilər. Ancaq Ər-Riyad təmsilçsii Varanı heyətinə qatmağa daha yaxındır.

Çünki “sarı-göylər”in kapitanı Kriştiano Ronaldo uzun müddət fransalı müdafiəçiylə birlikdə çıxış edib. Bu məqamdan istifadə etmək istəyən portuqaliyalı superulduz Rafaelin transferində “Əl-Nəsr”ə kömək edəcək.