Avropa Liqası

“Qarabağ”dan möhtəşəm statistikalar

Avropa Liqasında qrup mərhələsinin I turunun oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb.

Aut.az xəbər verir ki, “Molde”ni məğlub edən (1:0) “Qarabağ” ən çox topa sahib olan komandalar arasında 5-cidir. “Köhlən atlılar”ın Norveç təmsilçisi ilə görüş topa sahib olma faizi 60-a bərabər olub. Bu göstəricidə birinci sırada 70 faizlə “Brayton” (İngiltərə) yer alıb.

Ağdamlılar ən çox zərbə cəhdi edən komandalar arasında 6-cıdır. Qurban Qurbanovun yetirmələri ilk görüşündə qapıya 20 zərbə endirib. Bunlardan 8-i dəqiq alınıb, 5-i bloklanıb, 7 zərbə “çərçivə”dən kənar gedib. Bu göstəricidə ilk pillədə olan “Atalanta” “Rakuv”la (Polşa) görüşdə (2:0) ümumilikdə 28 zərbə cəhdi edib ki, bunlardan 10-u dəqiq, 12-si uğursuz alınıb, 8 zərbə bloklanıb.