Ukrayna UEFA-ya təşəkkür etdi: İşğalçıya güzəşt yoxdur
UEFA İcraiyyə Komitəsi dekabrın 2-də keçirilən iclasında Millətlər Liqasının 2024/25-ci il mövsümünün növbəti mərhələsinin püşkatmasının formatı barədə qərar qəbul edib.
Aut.az xəbər verir ki, UEFA Ukrayna ərazilərini işğal edən Rusiyanı yenə də turnirə buraxmayıb.
Ukrayna Futbol Assosiasiyasının birinci vitse-prezidenti Vadim Kostyuçenko buna görə UEFA-ya təşəkkür edib: “İşğalçı ölkə törətdiyi cinayətlərə görə tam məsuliyyət daşımalıdır. Futbol da istisna deyil.
UAF-ın mövqeyi aydın və birmənalıdır və bu məsələdə güzəştə getmək olmaz. Biz Rusiyanı tam futbol təcrid halqasında saxlamağa davam edən UEFA-nın dəstəyinə və daimi mövqeyinə görə minnətdarıq”.
2024/25 Millətlər Liqasının püşkatma mərasimi 8 fevral 2024-cü il tarixində Parisdə keçiriləcək. A, B və C divizionlarında 16, D divizionunda isə 6 komanda olacaq.
Aut.az
