“Zirə” “Hayduk”la heç-heçə etdi
“Zirə” UEFA Konfrans Liqasında ilk matçına çıxıb.
Aut.az xəbər verir ki, “qartallar” Bakıda Xorvatiyanın “Hayduk” klubunu qonaq edib.
“Neftçi Arena”da baş tutacaq qarşılaşmada qalib müəyyənləşməyib.
Rəşad Sadıqovun komandası 31-ci dəqiqədə hesabı açan Brahim Konatenin qolu ilə ilk yarını öndə başa vursa da, ikinci hissənin ortalarında üstünlüyünü əldən verib – 1:1.
Oyunun gedişində “Zirə”nin iki əsas heyət üzvü zədələnərək oyunu davam etdirə bilməyib. Konate qoldan 8 dəqiqə sonra sıradan çıxaraq əvəzlənib. 87-ci dəqiqədə isə mərkəz müdafiəçisi Mutsinzi zədələnib.
Cütün taleyinə Splitdə aydınlıq gələcək. Tərəflər arasında cavab görüşü iyulun 31-də baş tutacaq.
UEFA Konfrans Liqası: II təsnifat mərhələsi, ilk oyun
23 iyul
19:30. “Zirə” – “Hayduk” 1:1
Qol: Brahim Konate, 31 – Antoni Kalik, 68.
Hakimlər: Xristos Varqetis, Andreas Fotopulos, Konstantinos Staykos və Anastasios Papapetru (hamısı Yunanıstan)
“Zirə”: 97. Tiaqo Silva, 4. Ruan Renato, 5. Ange Mutsinzi, 9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 11. Martins Junior, 17. Ayron Qomis, 20. İssa Cibrila, 30. Quima, 32. Qismət Alıyev (k), 93. Brahim Konate
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Salim Həşimov, 7. Rövlan Muradov, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 21. Hacıağa Hacıyev, 26. Stefan Aka, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 87. Abdul Batibie.
“Hayduk”: 1. Ivuşiç, 7. Kalik, 8. Siqur, 10. Livaya (k), 23. Krovinoviç, 26. Çapan, 28. Braykoviç, 31. Şarliya, 32. Ş. Hrqoviç, 36. Skelin, 37. Skoko
Ehtiyat oyunçular: 33. Siliç, 41. Pokrnyiç, 4. Payaziti, 6. Japer, 11. Şeqo, 17. Melinak, 21. Pukştas, 22. Mlaçiç, 29. Karaçiç, 34. Durdov, 38. Hodak, 45. Benrahu
Bakı. 8-ci km qəsəbə stadionu
