Dünya futbolu

Messi “İnter Mayami”də 4 aya bu qədər qazanıb

Lionel Messi “İnter Mayami” klubunda dörd aydan az müddətdə 20 milyon dollardan çox qazanıb.

Aut.az xəbər verir ki, səkkiz dəfə “Qızıl top”un sahibi Amerika komandası ilə 8 milyon dollar mümkün bonuslarla iki mövsüm üçün 54 milyon dollar maaşa müqavilə imzalayıb.

“Adidas” ilə uzunmüddətli əməkdaşlıq da futbolçunun qazancını artırır. Messinin bu idman geyim markası ilə müqaviləsi illik 22,5 milyon dollardır.

Amerika klubunda Messi 14 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az