İspaniya

Onun transferini blokladı: “Barsa”nın səviyyəsinə uyğun deyil

“Barselona”sının almaniyalı baş məşqçisi Hans-Diter Flik “Selta”nın ispan müdafiəçisi Oskar Minqesanın transferinə qarşı çıxıb.

Aut.az xəbər verir ki, bu barədə “”El Nacional” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 59 yaşlı mütəxəssis “”Barsa”nın keçmiş futbolçusunu komandada görmək istəmir, çünki onun səviyyəsinə şübhə edir. Klub rəhbərliyi müqaviləsindəki bənd sayəsində 9 milyon avroya İspaniya nəhənginə keçə biləcək Oskarın transferini nəzərdən keçirib.

Bu mövsüm Oskar Minqesa klub səviyyəsində 22 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalı oyunçunun dəyərini 20 milyon avro qiymətləndirir.

Aut.az