Mbappe Deşamla münaqişəsindən danışdı: …əlaqə saxlamıram
Kilian Mbappe Didye Deşamla münaqişəsi yaşadığı haqda iddialara münasibət bildirib.
Aut.az xəbər verir ki, Mbappe bu barədə “Le Parisien”ə deyib.
“Real Madrid” in forvardı payızda iki təlim-məşq toplanışını buraxdıqdan sonra martda milli komandaya qayıdıb.
“Əgər mübahisə etsəydik, onun zənglərinə cavab verməzdim. Hamı məni tanıyır: kiminləsə mübahisə etsək, əlaqə saxlamıram. Amma bu o demək deyil ki, münasibətlərdə heç vaxt fikir ayrılığı yoxdur. İstəməsəm də, baş verə bilər.
Mən həmişə məşqçiyə hörmət etmişəm və qiymətləndirmişəm. O, mənim Fransa millisində oynamaq üçün ilk şansı verdi. Birlikdə çoxlu uğurlarımız olub və bir neçə xırda fikir ayrılığı ilə münasibətimiz pozula bilməz.
Bunlar sirr deyil, insanların bilməməli olduğu fikir ayrılıqlarıdır. İstənilən işdə həmkarlarla fikir ayrılıqları olur, lakin bu o demək deyil ki, siz onları sevmirsiniz və ya onlara hörmət edirsiniz”, – Mbappe bildirib.
Aut.az
