Dünya cempionatıDünya futbolu

Onu tənqid edən aparıcını işdən qovdular

Fransada yeni media qalmaqalı yaranıb.

Aut.az xəbər verir ki, “L’Equipe” televiziya kanalının aparıcısı Frans Pierron, İngiltərədə uşağının dünyaya gəlməsi səbəbindən milli komandanın düşərgəsini tərk edən Belçika millisinin oyunçusu Jeremi Dokunu tənqid etdiyinə görə işdən çıxarılıb.

“L’Equipe” jurnalisti Klemen Qarin bu qərarı sosial mediada açıqlayıb.

Kanal nümayəndələri təşkilatın Pierronun açıqlamalarını dəstəkləmədiyini vurğulayıb və bildirib ki, aparıcı efirdə “kanalın dəyərlərindən uzaq” olan şəxsi mövqeyini səsləndirib.

Qeyd etmək lazımdır ki, telekanal Dokun özündən və tamaşaçılarından üzr istəyib.

Aut.az