Dünya futbolu

23 illik evlilik bitdi: Məşhur futbolçu boşandı

“İnter”in və Serbiya millisinin keçmiş futbolçusu Deyan Stankoviç həyat yoldaşı Anadan ayrılıb.

Aut.az xəbər verir ki, Ana digər məşhur keçmiş futbolçu Milenko Acimoviçin bacısıdır.

Deyan və Ana 23 il idi evli idilər. Onlar evlilik illərində üç oğul – Stefan, Filip və Aleksandrı böyüdülər. Hər üçü atalarının yolu ilə gediblər və “İnter”in akademiyasında yetişiblər.

Boşanmaya səbəb kimi Stankoviçin gənc gözəllə münasibəti göstərilir.

23 illik evlilik bitdi: Məşhur futbolçu boşandı

Aut.az