O, fantastik işlər görür – Platini kimi deyir?
UEFA-nın keçmiş prezidenti və Fransa millisinin keçmiş oyunçusu Mişel Platini “Real Madrid”in hücumçusu Kilian Mbappenin oyununu şərh edib.
27 yaşlı hücumçu bu mövsüm bütün yarışlarda 33 oyunda iştirak edib və 38 qol vurub.
Aut.az xəbər verir ki, “RMC Sport” Platinidən sitat gətirib:
“Mən heç vaxt Kilian Mbappe ilə görüşməmişəm və ya onun canlı oyununu görməmişəm. Sadəcə televiziyada onun çıxışlarını görmüşəm və heç vaxt onunla danışmaq imkanım olmayıb. Onu şəxsən tanımıram. Onun haqqında fikrim yalnız futbol keyfiyyətlərinə əsaslanır və düşünürəm ki, o, fantastik işlər görür.
Cinahda oynayanda daha çox hərəkət azadlığı, daha çox sprint və ötürmə imkanı var idi. Komanda oyunçusu kimi oynayırdı, amma indi hücumçu kimi daha çox son anda vuruş etməsi tələb olunur. Və o, bu vəzifənin öhdəsindən çox yaxşı gəlir”.
Aut.az
