“Barsa” məhkəməyə verildi: 10 milyon tələb edirlər
“Scores Sports Management” futbol agentliyi “Barselona”nı məhkəməyə verib.
Aut.az xəbər verir ki, agentlik Kataloniya klubundan 10 milyon dollar tələb edir. Onlar bunun Usman Dembelenin PSJ-yə transferində vasitəçilik haqqı olduğunu iddia edirlər.
Xatırladaq ki, Dembele avqustun 23-də PSJ-yə keçib. Bu barədə “Mundo Deportivo” məlumat yayıb. Nəşrin məlumatına görə, Kataloniya klubu bu iddianı rədd edib. Fransa klubu Dembelenin transferi üçün 50 milyon avro ödəyib.
Aut.az
