“Real”ın ulduzu parikdə: Sevgilisi faş etdi – FOTO
Vinisiusun “Real”dakı gələcəyi şübhə altında olsa da, o, nəhayət şəxsi həyatında sabitlik tapıb.
Aut.az xəbər verir ki, braziliyalı bir neçə həftədir ki, bloger Virciniya Fonseka ilə görüşür. Cütlük Madriddə vaxt keçirib və qız hətta “Santyaqo Bernabeu”da matçlarda görünüb. Futbolçunun şəxsi mesajlarının internetə sızmasından sonra münasibətlər sanki sona çatdı, lakin Vinisius açıq şəkildə üzr istədi və cütlük yenidən bir araya gəldi.
Vinisius və Virciniya bu yaxınlarda bir yerdə olmalarının bir ayını qeyd etdilər. Futbolçu sevgilisinə dəbdəbəli gül buketi hədiyyə edib və o, buna cavab olaraq braziliyalının parikli məzəli fotosunu sosial şəbəkədə yerləşdirərək pərəstişkarlarını sevindirib.
Aut.az

