Formula 1

Dünya çempionunun yeni komanda yoldaşı müəyyənləşdi

“Red Bull” komandasında yeni mövsümdə sürücülər tərkibində dəyişikliklər olacaq.

Aut.az xəbər verir ki, yaponiyalı Yuki Tsunoda yerinə fransalı sürücü İsaak Hadjar gələcək. Bu barədə “RacingNews365” məlumat yayıb.

21 yaşlı Hadjar Formula 1-də debüt mövsümünü keçirir və hazırda “Racing Bulls” komandasında çıxış edir. Yeni mövsümdə o, hazırkı dünya çempionu Maks Ferstappenin komanda yoldaşı olacaq.

Sürücü Liam Looson gələcək mövsümdə də “Racing Bulls”da qalacaq, onun yeni komanda yoldaşı isə isveçli Arvid Lindblad olacaq. Məhz o, komandada Hadjarın yerini tutacaq.

Hazırkı vəziyyətə görə, Tsunoda (33 xal) sürücülərin fərdi sıralamasında 15-ci yerdədir, Hadjar (51 xal) isə 10-cu pillədə qərarlaşıb.

Aut.az