İspaniya

Sançes verdiyi sözə buna görə əməl edə bilməyib

“Sevilya”nın hücumçusu Aleksis Sançes İspaniya çempionatının 8-ci turunda “Barselona”ya qarşı keçirilən oyunda (4:1) vurduğu qolu qeyd etməsi barədə danışıb.

Aut.az xəbər verir ki, çilili futbolçu bunu etməyəcəyinə söz verməsinə baxmayaraq, niyə qeyd etdiyini izah edib:

“Bəli, qeyd etməyəcəyimə söz vermişdim, amma bəzən həyəcan məni bürüyür və istək bunu etməyə vadar edir”.

Qeyd edək ki, Sançes 2011–2014-cü illərdə “Barselona”nın heyətində çıxış edib. O, 141 oyunda 46 qol vurub və 38 qol ötürməsi edib.

Aut.az