İtaliya

Buffonun keçmiş həyat yoldaşı ən parlaq futbol xatirəsini bölüşdü

“Miss Çexiya 1998” və “Yuventus”un əfsanəvi qapıçısı Canluici Buffonun keçmiş həyat yoldaşı Alyona Şeredova italyan qapıçı ilə keçirdiyi ən yaddaqalan futbol hadisəsini xatırladıb.

Aut.az xəbər verir ki, “La Gazzetta dello Sport” Şeredovanın sözlərindən sitat gətirib:

“İtaliya milli komandasının 2006-cı il Dünya Çempionatında qələbəsi fantastik macəra idi. Mən bunu dostum Valentina ilə (“Yuventus”un keçmiş müdafiəçisi Canluka Zambrottanın həyat yoldaşı – red. ) yaşadım və birlikdə Almaniyanın yarısını gəzdik.

Buffon DÇ-2006-nı qazanan İtaliya millisinin heyətində olub, turnirin yeddi oyununda cəmi iki qol buraxıb.

Aut.az