İtaliya

“Qurd”un peşmanlığı: Onu qaytarırlar

Oktyabrın 27-də A Seriyasının 9-cu turunda “Fiorentina” “Roma”nə qəbul edib və 5:1 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, bu matçdan sonra “Roma” rəhbərliyi baş məşqçi İvan Juriçi istefaya göndərmək qərarına gəlib.

İtaliya mətbuatının iddiasına görə,  “qurdlar” bir müddət əvvəl Roma klubunun baş məşqçi postundan qovulan Daniele De Rossinin namizədliyinə növbəti dəfə qayıdıb.

İddia olunur ki, rəsmilər artıq Daniele De Rossi ilə əlaqə saxlayıblar və o, sabah cavab verəcəyini bildirib.

Aut.az