Xviçanın ən böyük iki arzusu
“Napoli”nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliya Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Real”la oyunu öncəsi AS-a müsahibə verib.
Aut.az xəbər verir ki, Xviça ən böyük iki arzusu haqda da danışıb:
“İki böyük arzum var: Çempionlar Liqasının kubokunu başımın üzərinə qaldırmaq və Gürcüstanla Avropa çempionatı və ya dünya çempionatında oynamaq”.
Gürcüstan millisi Avro-2024-ün seçmə mərhələsində A qrupunda çıxış edir və 5 turdan sonra 4 xalla dördüncü yeri tutur.
Aut.az
