İş tapdı: Məsləhət verəcək
Lui van Qal texniki futbol məsələlərində “Ayaks”ın müşahidə şurasına məsləhət verəcək.
Mütəxəssis müşahidə şurasının keçmiş üzvü Yan van Halstın boşaldığı vakant vəzifəni tutub.
“Ayaks”a kömək etmək istəyirəm. Hazırda Portuqaliyada çox vaxt keçirirəm və bu, mənim xarici məsləhətçi kimi roluma çox uyğun gəlir. Xüsusilə Leo van Veyk və Mixael van Praaq təyin olunanda, futbol biliklərimi müşahidə şurasına təqdim etməyə hazıram. Biz yenidən zirvəyə doğru yol tapmalıyıq və hamımız buna öz töhfəmizi verməliyik”, – deyə Van Qal təyinatını şərh edib.
Aut.az
