Dünya futbolu

Arı udan futbolçu Avroliqa oyununda iştirak etməyəcək

“Şturm”un (Avstriya) futbolçusu Xavi Serrano Çempionlar Liqasının qrup mərhələsinin “Sportinq”lə ev oyununda iştirak etməyəcək.

Aut.az xəbər verir ki, 20 yaşlı ispan yarımmüdafiəçi məşq azamı arı udub. Serranoya şişin qarşısının alınması üçün buz qoyulsa da, sonradan xəstəxanaya aparılıb.

Serrano evə buraxılsa da, Avroliqa oyununda meydana çıxmayacaq.

Yarımmüdafiəçi müqavilə ilə Madrid “Atletiko”suna məxsusdur.

Bu gün keçiriləcək “Şturm” – “Sportinq” oyunu saat 23:00-da başlayacaq.