Ulduz futbolçular İsrailə qarşı petisiyanı imzaladılar
İsrail futbol klublarının və yığmasının UEFA bayrağı altında keçirilən beynəlxalq turnirlərdən uzaqlaşdırılması ilə bağlı petisiyanı 48 idmançı imzalayıb.
Aut.az BBC-yə istinadən xəbər verir ki, imzalanan müraciətdə İsrailin Qəzzadakı hərbi əməliyyatlara görə bütün turnirlərdən dərhal kənarlaşdırılması tələb olunur. Sənədi imzalayanlar arasında “Monako”nun yarımmüdafiəçisi Pol Poqba, “Kristal Pelas”dan Şeyk Dukure, Qətərin “Əl-Duhail” klubunda çıxış edən Hakim Ziyeş, Misir yığmasının üzvü Səmi Morsi və İngiltərə millisinin sabiq kriketçisi Moin Əli də var.
Bundan əlavə, Türkiyə, İspaniya, Albaniya, Norveç və Ermənistanın futbol assosiasiyaları da İsrailin yarışlardan kənarlaşdırılmasını dəstəkləyib.
Aut.az
