Dünya futbolu

Dünya çempionu karyerasını bitirir?

Fransa millisinin sabiq qapıçısı, hazırda “Los-Anceles”də çıxış edən Uqo Lloris peşəkar karyerasını başa vura bilər.

Aut.az xəbər verir ki, “L’Equipe” Llorisin sözlərini sitat gətirib: “Düzünü desəm, oynayıb-oynamayacağımı bilmirəm. Hələ ki, qərar verməmişəm. Yəqin ki, bu yay klubla danışıqlar olacaq, amma konkret cavabım yoxdur. Hazırda özümü yaxşı hiss edirəm, amma realistəm. Bu həm də həyat seçimidir. Hazırda gələcək haqqında düşünürəm”.

Xatırladaq ki, Lloris 2018-ci ildə Fransa millisi ilə dünya çempionatının qalibi olub. O, 2022-ci il dünya çempionatında da gümüş medal qazanıb. Fransız futbolçu karyerasının böyük hissəsini “Tottenhem”də keçirib.

Aut.az