Dünya futbolu

Leyla – KDÇ-də yeganə qadın prezident: Məni vursalar…

“Palmeyras”ın prezidenti Leyla Pereyra futbolda daha çox qadın görmək istəyir.

Aut.az xəbər verir ki, Pereyra klublararası dünya çempionatında yeganə qadın prezident olacaq.

“İnsanlar qadınları zəif cinsin nümayəndəsi hesab edirlər, lakin bu, doğru deyil. Mən cavab verirəm. Məni vursalar, cavab verirəm – amma daha sərt. Mənim cavab vermək üsulum işləməyə davam etmək və “Palmeyras”ın nailiyyətlərini göstərməkdir. İstərdim ki, futbolda daha çox qadın olaydı. Sevincim və ümidim odur ki, məni bu vəzifədə görmək başqa qadınları da futbolda öz yerləri uğrunda mübarizə aparmağa ruhlandıracaq.

Bu vəzifə, sadəcə qucağıma düşmədi. Bura gəlmək üçün illər və çox əziyyət çəkdim. Qollarını çırmalayıb, istədiyin üçün mübarizə aparmaq istəmirsənsə, kiməsə ilham mənbəyi deməyin mənası yoxdur”, – Pereyra deyib.

Aut.az