“Qızıl top”u qazana bilməyəcəksən – Rafinya bu paylaşımı niyə bəyənib?
“Barselona”nın yarımmüdafiəçisi Rafinya Avropanın ən yaxşı futbolçusu mükafatını almayacağına inanır.
Aut.az xəbər verir ki, Rafinya braziliyalı futbolçularla bağlı xəbərlər dərc edən “Mundoo-Futebol” hesabının sosial şəbəkədəki paylaşımını bəyənib.
“Rafinya üçün “Qızıl Top”. Biz bu hekayəni əvvəllər də görmüşük və təəssüf ki, bu, yenə də baş verəcək” paylaşımına Rafinyanın qələbəni bayram edən fotoları və üzgün Neymar və Vinisiusun şəkilləri əlavə edilib.
“Barselona”nın və PSJ-nin keçmiş hücumçusu Neymar heç vaxt “Qızıl top”u qazanmayıb. O, iki dəfə səsvermədə üçüncü olub (2015 – Lionel Messi və Kristiano Ronaldo, 2017 – Ronaldo və Messidən sonra).
“Real”ın cinah oyunçusu Vinisius da heç vaxt bu mükafatı qazana bilməyib, 2024-cü ildə keçirilən səsvermədə “Mançester Siti” və İspaniya millisinin yarımmüdafiəçisi Rodridən sonra ikinci olub.

Aut.az
