“İnter Mayami” Messi oynayanda da…
“Şarlott” MLS-in adi mövsüm matçında “İnter Mayami”ni 1:0 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, oyun Şarlottadakı “Bank of America” stadionunda baş tutub. Yeganə qolu 13-cü dəqiqədə polşalı yarımmüdafiəçi Kamil Juzviakın ötürməsindən kolumbiyalı hücumçu Kevin Varqas vurub .
“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi tam 90 dəqiqə meydanda olub. İspaniyalı yarımmüdafiəçi Serxio Buskets də bütün oyunu meydanda keçirib. Müdafiəçi Jordi Alba 67-ci dəqiqədə meydana daxil olub.
“İnter Mayami” 34 matçda 34 xal toplayıb və Şərq Konfransında mövsümü 14-cü yerdə başa vurub.
Aut.az
