Xames Rodriqes Braziliya klubunda – RƏSMİ
Kolumbiya millisinin futbolçusu Xames Rodriqes karyerasını Braziliyada davam etdirəcək.
Aut.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “San Paulo” ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xameslə razılaşmanın detalları açıqlanmayıb.
Son klubu “Olimpiakos” olan yarımmüdafiəçi daha əvvəl “Portu”, “Monako”, “Real”, “Bavariya” kimi komandalarda forma geyinib.
