Dünya futbolu

Messinin qarşısına bu vəzifə qoyulub – Bekhem açıqladı

“İnter Mayami”nin sahibi Devid Bekhem argentinalı hücumçu Lionel Messinin klubdakı missiyası haqda danışıb.

Aut.az xəbər verir ki, Bekhem bu haqda CNN-ə danışıb.

“Messi hələ də acdır, hələ də qazanmaq istəyir. O, MLS-ə getməyə,  “İnter Mayami”yə keçib qalib gəlməyə qərar verdi.

Leo bura tətilə gəlməyib. O, qalib gəlmək və bu ölkədəki gənc futbolçu nəslini ruhlandırmaq üçün gəlib”, – Bekhem deyib.

Messi “İnter Mayami”yə azad agent kimi keçib. O, ABŞ komandasında 10 nömrəli formada oynayacaq.