Meydana qayıtmamış zədələndi
“Monako”nun yarımmüdafiəçisi Pol Poqbanın sağ budunun əzələsi gərilib.
Aut.az xəbər verir ki, bu, 32 yaşlı fransızın meydançaya qayıtmasını yubadacaq.
Poqba 2025-ci ilin iyulunda “Monako” ilə müqavilə imzalasa da, uzunmüddətli fasilədən sonra formasını bərpa etmək üçün vaxta ehtiyacı olduğu üçün hələ komandada debüt etməyib. Keçmiş baş məşqçi Adi Hyutter daha əvvəl bildirmişdi ki, futbolçu Liqa 1-in 8-ci turunun “Anje” ilə (18 oktyabr) oyunu üçün heyətə düşməyə ümid edir. Lakin məşq zamanı aldığı zədə səbəbindən bu müddət təxirə salınıb.
Poqbanın meydanda sonuncu dəfə 2023-cü ilin sentyabrında “Yuventus”da “Empoli”yə qarşı oyunda olub.
Aut.az
