Dünya futbolu

Prokurorluq o jestlə bağlı araşdırmaya başladı

Tuluza prokurorluğu “Tuluza” klubunun yarımmüdafiəçisi Aron Dennumun irqçi davranışı ilə bağlı təhqiqat aparır.

Aut.az xəbər verir ki, daha əvvəl “Le Havre”nin baş məşqçisi Didye Diqard  komandaların Liqa 1-də 0:0 hesablı oyunundan sonra norveçli futbolçunun yarımmüdafiəçi Simon Ebonoya baxarkən əlini burnunun yanında yelləməsini irqçilik hesab etmişdi.

Aron hadisəni belə şərh edib: “Bunun irqçiliklə heç bir əlaqəsi yoxdur. Nəfəsindən pis qoxu gəldiyi üçün bu jesti etdim”.

“Reuters” xəbər verir ki, prokurorluq artıq ilkin araşdırmaya başlayıb.

“Ədliyyə sisteminin bütün irqçilik əməllərini mühakimə edəcəyini vurğulamaq vacibdir. Ədliyyə naziri bu yaxınlarda respublikamızın ümumi dəyərlərinə xələl gətirən bu cür cinayətlərlə mübarizənin zəruriliyini vurğulayan sirkulyar dərc edib”, – Tuluza prokuroru David Şarmats bildirib.

Aut.az