“Yunayted”, “Bavariya” və PSJ istəyir: Son qiyməti budur
“Benfika”nın futbolçusu Antonio Silva çox güman ki, yayda top kluba keçəcək.
Aut.az xəbər verir ki, bu barədə “Correio da Manha” məlumat yayıb.
Bildirilir ki, “Mançester Yunayted”, “Bavariya” və PSJ 20 yaşlı oyunçuya iddialılar arasındadır. Eyni zamanda, Portuqaliya klubu Silvanı 100 milyon avrodan aşağı satmaq istəmir – bu məbləğ təzminat kimi müəyyən edilib.
Bu mövsüm Portuqaliya millisinin müdafiəçisi ölkə çempionatında 30 oyun keçirib.
Aut.az
