Almaniya klubu bu xanımı baş məşqçi təyin etdi
“İnqolştadt” Sabrina Vittmanı baş məşqçi əvəzi təyin edib.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı alman qadın qovulmuş Mixael Kellneri əvəzləyib. Kelnerin rəhbərliyi altında komanda Almaniyanın üçüncü divizionunun turnir cədvəlində 4-cü yerdən 11-ci yerə düşüb.
Vittmann əvvəllər “İnqolştadt”ın U-19 komandasını çalışdırıb və futbolun inkişafı şöbəsinə rəhbərlik edib. Onun müqaviləsi iyunun 30-na kimidir.
Xatırladaq ki, 2015-2017-ci illərdə “İnqolştadt” Bundesliqada iki mövsüm keçirib.
Aut.az
