Klopp qayıdır? – İki cəlbedici təklif var
Məşhur alman mütəxəssis Yurgen Klopp məşqçi fəaliyyətini bərpa edə bilər.
Aut.az xəbər verir ki, Braziliya millisi və “Real” onun xidmətində maraqlıdır. Bu barədə UOL nəşri məlumat yayıb.
Mənbəyə görə, Klopp “Red Bull”da qlobal futbol rəhbəri rolunda özünü narahat hiss edir. Qeyd olunur ki, Yurgen məşqçilik fəaliyyətini bərpa etmək variantlarını nəzərdən keçirməyə hazırdır.
Klopp 2015-2024-cü illərdə “Liverpul”da çalışıb. 2025-ci il yanvarın 1-dən etibarən “Red Bull”da işləyir.
Xatırladaq ki, Yurgen Klopp “Liverpul”la Premyer Liqa və Çempionlar Liqasının qalibi olub.
Aut.az
