Yenilənmiş və bərpa edilmiş Amerika kuboku – FOTO
Cənubi Amerika Futbol Konfederasiyası ( KONMEBOL ) 2024-cü ildə keçiriləcək Amerika Kubokunun püşkatma mərasimi zamanı yenilənmiş kuboku təqdim edib.
Aut.az xəbər verir ki, kubok dünyanın ən qədim milli komandalar turnirinin 48-ci buraxılışı üçün bərpa edilib və yenilənib.
“1916-cı ildə Buenos-Ayresdə (Argentina) keçirilən Amerika Kubokundan 100 ildən çox vaxt keçdikdən sonra qitənin ən qədim milli kuboku öz kökünə qayıdıb”, – konfederasiyanın saytında yerləşdirilən bəyanatda deyilir .
2024-cü ildə Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.

Aut.az
