Dünya futboluAlmaniya

PSJ 100 milyonluq təklif hazırlayıb: “Bavariya” nə cavab verəcək?

“Bavariya”nın yarımmüdafiəçisi Maykl Olise bu yay PSJ-yə keçə bilər.

Aut.az xəbər verir ki, Paris klubu alman nəhənginə 100 milyon avroluq təklif hazırlayır. Bununla belə, “Bavariya” futbolçunu buraxmaq fikrində deyil və yeni müqavilə ilə bağlı danışıqlar aparır. Bu barədə jurnalist və insayder Ekrem Konur sosial şəbəkədə məlumat verib.

Cinah oyunçusu bu mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 13 qol vurub və 21 məhsuldar ötürmə edib. 23 yaşlı futbolçu “Bavariya”ya 2024-cü ilin yayında “Kristal Pelas”dan keçib.

Aut.az