Busketsin ideal futbolçusu: Sol ayaq Messi, sağ ayaq…
“İnter Mayami”nin ispaniyalı yarımmüdafiəçisi Serxio Buskets ideal futbolçunun hansı keyfiyyətlərə malik olması haqda fikirlərini bildirib.
“Sol ayaq Messidir. Sağ ayaq – İnyesta. Sürət – Dembele. Güc – Puyol. Ehtiras – Serxio Ramos. Kəşfiyyat mənəm (gülür),” Buskets MLS-in mətbuat xidmətinə müsahibəsində deyib.
Serxio Buskets 2023-cü ilin yayında “İnter Mayami”yə keçib.
2005-ci ildən “Barselona”da çıxış edən ispaniyalı futbolçu komanda ilə ötən mövsümün sonunda başa çatan müqaviləsini yeniləməkdən imtina edib.
Aut.az
