Dünya futbolu

Gələn tur çempion ola bilərlər: Futbolçulara maaş verə bilmirlər

Qazaxıstanın “Ordabası” futbol klubunun futbolçuları və məşqçilər heyətinə son iki ayda maaş verilməyib.

“Futbolçulara onlara olan borcun nə vaxt ödəniləcəyi barədə məlumat verilmir. Komandanın çempionatda inamla liderlik etməsinə baxmayaraq, futbolçular pul almadan qısamüddətli məzuniyyətə çıxdılar”, – “Metaratings” yazır.

24 turdan sonra “Ordabası” Qazaxıstan çempionatında ikinci yerdə qərarlaşan “Astana”nı altı xal qabaqlayaraq liderdir. Mövsümün sonuna iki tur qalıb. Beləliklə, “Ordabası” oktyabrın 21-də Karaqanda “Şaxtyor”unu qəbul edəcəyi növbəti matçda çempionluğu təmin edə bilər.

Bu mövsümə qədər Qazaxıstan komandası yalnız 2011 və 2022-ci illərdə Qazaxıstan kubokunun qalibi olmuşdu. Bu komanda əvvəllər heç vaxt çempion olmayıb.

Aut.az